1 iyuldan beynəlxalq uçuşlar bərpa olunacaq
Gürcüstanda beynəlxalq uçuşlar 1 iyul tarixindən bərpa olunacaq. Gürcüstanın hökumət administrasiyasından “Marneuli” radiosuna bildiriblər ki, uçuşların hansı istiqamətələrə bərpa olunacağı hələ məlum deyil. Qeyd olunan məsələ ilə bağlı hökumət müxtəlif dövlətlərlə danışıqlar aparır.

Gürcüstanda beynəlxalq uçuşlar koronavirus pandemiyasının yayılmasından sonra dayandırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google