Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyi 11
nəfəri həbs edib.
Bu barədə agentlik məlumat yayıb.
“Rustaveli prospekti və Parlament binası ərazisində
keçirilən mitinq zamanı Daxili İşlər Nazirliyinin mitinqin
təşkilatçılarına və iştirakçılarına qanunla müəyyən edilmiş
formalarda öz etirazlarını bildirmək və zorakılıq xarakterli
hərəkətlərə yol verməmək barədə çoxsaylı çağırışlarına baxmayaraq,
mitinq iştirakçıları polislə fiziki üz-üzə gəlib, onlara müxtəlif
küt əşyalar atıblar.
Qeyd olunan qanunsuz hərəkət nəticəsində Daxili İşlər Nazirliyinin
əməkdaşı xəsarət alaraq Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.
Həmçinin nazirliyə məxsus nəqliyyat vasitəsinə də ziyan dəyib.
Fiziki qarşıdurmanın qarşısını almaq üçün Daxili İşlər Nazirliyi
xüsusi vasitələrdən - bibər qazından istifadə edib.
Qanun pozuntusuna yol vermiş 11 nəfər hüquq-mühafizə orqanları
tərəfindən inzibati qaydada saxlanlanılıb.
Bir daha mitinqin təşkilatçılarını və üzvlərini etirazın qanunda
nəzərdə tutulmuş çərçivədə ifadə olunmasını təmin etməyə çağırırıq.
Hər bir qanunsuz hərəkətin ardınca hüquq-mühafizə orqanı tərəfindən
müvafiq hüquqi cavab veriləcək", - məlumatda
deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.