Venesuela hökuməti müxalifətlə əlaqəli bir
qrup əsgər tərəfindən başlanıldığını bildirdiyi dövlət çevrilişi
cəhdinin yatırılmağa cəhd edildiyini açıqladı.
Dövlət başçısının kommunikasiya, mədəniyyət və turizmdən məsul
müavini Jorge Rodriguez şəxsi “Twitter” həsabında “sağ yönümlü
müxalifətlə əməkdaşlıq edən vətən xaini” əsgərlərin kiçik bir
çevriliş cəhdinin qarşısının alınmağa çalışıldığı paylaşımını
edib.
Qurucu Məclisin sədri Diosdado Cabello xalqı prezident Nikolas
Maduronu müdafiə etmək üçün prezident sarayında bir araya gəlməyə
çağırıb.
Yanvar ayında özünü prezident elan edən Məclis sədri Xuan Quaydo
isə sosial media vasitəsilə yaydığı 3 dəqiqəlik video ilə xalqı və
əsgərləri küçəyə çıxmağa çağırıb.
Quaydo “Twitter” səhifəsində paytaxt Karakasdakı La Karlota hərbi
hava bazası yaxınlığında hərbçilərə növbəti addımları bildirdiyini
əks etdirən video da yerləşdirib.
Videoda zirəhli texnikanın qabağında bir qrup əsgər və ev
həbsindəki müxalif aktivist Leopoldo Lopezi yanına götürən Quaydo
əsgərləri konstitusiyanı qorumaq üçün küçəyə çıxmağa çağırıb.
Quyado “Ölkəni demokratik olaraq yenidən dirçəltmək üçün sizləri
hərəkətə keçməyə çağırıram. Artıq vaxtı gəldi” deyib.
Paytaxt Karakasda hələ də bəzi hərbi hissələrin yolları kəsdiyi,
bəzi yollarda da hərbi maşınların olduğu müşahidə edilir.