“Mən dedim ki, o, axmaqdır” – Zaur Xəlilov Parlament deputatı Savalan Mirzəyev barədə
Xəlilov Gürcüstan Parlamentinin üzvü Savalan Mirzəyevin onunla bağlı səsləndirdiyi ksenofobiya bəyanatına münasibət bildirib.

“Mən dedim ki, o, axmaqdır” – Zaur Xəlilov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Zaur Xəilovun sözlərinə görə, Savaln Mirzəyevlə əlaqədar əlavə şərh verməyin mənası yoxdur və Xəlilov, bildirdi ki, “onu vəzifəyə təyin edənlər …..”.

Marneulili mülki fəal Samirə Bayramova 16 dekabr tarixində bildirdi ki, Parlament deputatı Savalan Mirzəyev ona zəng vurub və təhqir edərək hədələyib. Samirə Bayramovanın sözlərinə görə, Savalan Mirzəyevin qıcıqlanmasına Gürcüstan Parlamentinin İnsan Hüquqları Komitəsində planlaşdırılmış görüşdə Zaur Xəlilovun iştirak edəcəyi səbəb olub.

“Savalan Mirzəyev mənə zəng vuraraq əsəbi bir şəkildə bildirdi ki, görüşdə iştirak edənlərdən, ondan, bundan xoşum gəlmir. O, görüş iştirakçısından xoşu gəlmədiyini və onun erməni olduğunu dedi. O, dedi ki, buna görə də əlimdən gələni edəcəyəm ki, görüş baş tutmasın. “Mən sizin işlərinizi alt-üst edəcəyəm” – dedi. Birbaşa o, bunu demək istəyirdi ki, nə vaxt ki, “mən oradayam heç bir şəkildə mən icazə verməyəcəyəm”. Görünür ki, bizim azərbaycanlı vəkilləri bu məsələ narahat edir ki, niyə yerli icma nümayəndələri azərbaycanlıların ali səviyyədə görüşlər keçirilər və s. Mirzəyev həmçinin əsəbiləşirdi ki, niyə başqa komitədə görüş olduğundan onun xəbəri yoxdur. O, dedi ki, niyə görüşə Zaur Xəlilov da gəlir. Dedi ki, “erməni Zaurla əməkdaşlıq edirsən, lakin bizim Zauru tənqid edirsən". Kimin kiminlə şəxsi münasibəti var, bu mənə aid deyil. Bu gün mən Zauru tənqid edirəmsə, bunun Savalanla yaxından-uzaqdan əlaqəsi yoxdur. Mən kiməsə nə iləsə bağlı hesabat verməyə məcbur deyiləm.”

16 dekabr tarixində, Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsində Novruz bayramının istirahət günü elan edilməsi ilə bağlı müzakirə aparmalı idilər, ancaq görüş təxirə salınıb.

“Marneuli” radiosu iki gündür Savalan Mirzoyevlə əlaqə saxlamağa çalışır, ancaq o, bizim zənglərimizə cavab vermir.

"Marneuli" Radiosu
Print