Gürcüstan XİN Vyaçeslav Volodinin Abxaziyaya səfər etməsini şiddətlə qınayıb
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin işğal altındakı Abxaziyaya səfər etməsini şiddətlə qınayıb.

XİN-in bəyanatında Volodinin səfəri Moskva tərəfindən beynəlxalq hüququn fundamental prinsipləri və normalarının növbəti dəfə pozulması kimi qiymətləndirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, səfər Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir, həmçinin onun 2008-ci ilin 12 avqustunda Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına məhəl qoymamasına dair daha bir faktdır.

Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google