Gürcüstan Prezidenti Salome Zurabişvili Polşaya səfərə gedib.
Məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Zurabişvili səfər çərçivəsində polşalı həmkarı
Andjey Duda ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra dövlət
başçılarının mətbuata birgə açıqlaması planlaşdırılıb.
Tərəflərin görüş zamanı ikitərəfli əlaqələri müzakirə edəcəyi qeyd
olunub.