Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb - VİDEO
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.
"Marneuli" Radiosunun ONA-ya istinadən xəbər verir ki, bu barədə “News 1ST” portalı məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.

Bundan əvvəl 160 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


FaceBook Twitter Google
დაიცავი დისტანცია