Operativ məlumat əsasında keçən il Gürcüstana 139 nəfər xarici vətəndaş buraxılmayıb (VİDEO)
Keçən il 1200 nəfər saxta sənədlər yolu ilə Gürcüstanda leqal yaşamaq hüququ əldə etməyə cəhd edib. DTX-nin direktorunun birinci müavini Qriqol Liluaşvilinin parlamentin iclasında bildirdiyinə görə qeyd olunan şəxslərin ölkədən çıxarılması tədbirlərinə müxtəlif müəssisələr qoşulub.

“DTX tərəfindən 1200 nəfər saxta sənəddən istifadə edərək Gürcüstanda leqal yaşamaq hüququ əldə etməyə cəhd edən şəxs aşkarlanıb. Qeyd olunan şəxslərin ölkədən çıxarılması, eləcə də inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə təhülkəsizlik xidməti fəal şəkildə Ədliyyə və DİN ilə birgə çalışırdı” – Qriqol Liluaşvili bildirib.

DTX-nın hesabatına görə ölkəyə operativ məlumat əsasında xarici ölkənin 139 vətəndaşı buraxılmayıb. DTX-nın rəhbərinin birinci müavini Qriqol Liluaşvilinin açıqlamasına görə 2018-ci ildə DTX-nin kəşfiyyat Departamentində istintaq 21 cinayət işi başlayıb, cinayət məsuliyyətinə isə 48 nəfər verilib.

DTX-nin hesabatı 27 səhifəlikdir və onda DTX-nın 2018-ci il fəaliyyəti təsvir olunub.


FaceBook Twitter Google
დაიცავი დისტანცია