Venesuelada dövlət çevrilişi cəhdi (VİDEO)
Venesuela hökuməti müxalifətlə əlaqəli bir qrup əsgər tərəfindən başlanıldığını bildirdiyi dövlət çevrilişi cəhdinin yatırılmağa cəhd edildiyini açıqladı.

Dövlət başçısının kommunikasiya, mədəniyyət və turizmdən məsul müavini Jorge Rodriguez şəxsi “Twitter” həsabında “sağ yönümlü müxalifətlə əməkdaşlıq edən vətən xaini” əsgərlərin kiçik bir çevriliş cəhdinin qarşısının alınmağa çalışıldığı paylaşımını edib.

Qurucu Məclisin sədri Diosdado Cabello xalqı prezident Nikolas Maduronu müdafiə etmək üçün prezident sarayında bir araya gəlməyə çağırıb.

Yanvar ayında özünü prezident elan edən Məclis sədri Xuan Quaydo isə sosial media vasitəsilə yaydığı 3 dəqiqəlik video ilə xalqı və əsgərləri küçəyə çıxmağa çağırıb.

Quaydo “Twitter” səhifəsində paytaxt Karakasdakı La Karlota hərbi hava bazası yaxınlığında hərbçilərə növbəti addımları bildirdiyini əks etdirən video da yerləşdirib.

Videoda zirəhli texnikanın qabağında bir qrup əsgər və ev həbsindəki müxalif aktivist Leopoldo Lopezi yanına götürən Quaydo əsgərləri konstitusiyanı qorumaq üçün küçəyə çıxmağa çağırıb.

Quyado “Ölkəni demokratik olaraq yenidən dirçəltmək üçün sizləri hərəkətə keçməyə çağırıram. Artıq vaxtı gəldi” deyib.

Paytaxt Karakasda hələ də bəzi hərbi hissələrin yolları kəsdiyi, bəzi yollarda da hərbi maşınların olduğu müşahidə edilir.

Mənbə: trt.net.tr

FaceBook Twitter Google
დაიცავი დისტანცია