İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

"Marneuli" radiosu APA-a istinadən xəbər verir ki, Türkiyənin Van rayonunun Başkale qəsəbəsində dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dağıntılar altında qalanlar var.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.
FaceBook Twitter Google
დაიცავი დისტანცია