Nyu-Yorkda bir gündə ölənlərin sayı 540 nəfər olub
Nyu-York şəhərinin meri Endrü Kuomo şənbə günü keçirdiyi mətbuat konfransında koronavirusdan bir gündə ölənlərin sayının 540 nəfər olduğunu deyib. O, bunu son həftənin ən aşağı göstəricisi adlandırıb.

Cümə günü xəstəxanalara koronavirusa yoluxmuş 2 min adam yerləşdirldiyini vurğulayan mer deyib ki, bu rəqəmlər virusun sürətlə yayılmasından əvvəl qeydə alınıb və bununla ştatın əsas mərhələni keçdiyini söyləmək olar.

Merin dediyinə görə, həkimlər də xəstəxanaların intensiv terepiya şöbələrinə aparılan və süni nəfəs aparatlarına qoşulan xəstələrin sayının da azaldığını vurğulayır.

Şənbə gününə olan məlumata görə, ABŞ üzrə virusa yoluxanların sayı 715 mini keçib, pandemiya qurbanlarının sayı 39 minə yaxınlaşıb.

Associated Press agentliyinin məlumatına görə, bu arada Kanadanın baş naziri Castin Trudo ABŞ-la əldə olunan razılığa görə, iki ölkə arasında sərhədlərin daha 30 gün bağlı qalacağı barədə razılığa gəldiklərini deyib.

Mənbə: Amerika səsi
| Print |