Koronavirus: Dünyada 60 milyon əhali "həddən artıq yoxsulluqla" üz-üzədir
Koronavirus 60 milyon insanı "həddindən artıq yoxsulluğa" salacaq. Dünya Bankının Prezidenti xəbərdarlıq edir.

David Malpass bankın bu il qlobal miqyasda iqtisadi böyümənin 5 faiz azalacağını gözlədiyini bildirib.

Bu, artıq milyonlarla insanın iş yerlərini və biznesini itirməsinə və daha yoxsul ölkələrin də bunu hiss etməsinə səbəb olub.

"Dünyadakı milyonlarla dolanışıq məhv edilib və səhiyyə sistemləri gərgin vəziyyətə düşüb," - David Malpass deyib.

"Təxmini hesablamalarımıza görə, 60 milyona qədər insanın həddindən artıq yoxsulluğa məruz qalması - son üç ildə yoxsulluğun azaldılması ilə bağlı bütün irəliləyişlərin silinməsidir", - cənab Malpass çərşənbə axşamı günü xəbərdarlıq edib.

Dünya Bankı "həddindən artıq yoxsulluğu" gündə bir nəfərə 3 manat 23 qəpikdən (1.90 dollar və ya 1.55 funt sterlinq) az vəsaitlə yaşamaq kimi müəyyənləşdirir.

Vaşinqtonda yerləşən kreditor yoxsul ölkələrə böhrandan çıxmaq üçün 160 milyard dollar qrant və aşağı faizli kreditlər təklif edir. Cənab Malpass dünya əhalisinin 70 faizinin yaşadığı 100 ölkəyə artıq təcili maliyyə yardımının verildiyini açıqlayıb.

"Dünya Bankı böyük həcmdə resurslar təqdim etsə də, bu, kifayət deyil," - o deyib.

Cənab Malpass kreditorların kasıb ölkələrə kredit təklifləri etməsinə qarşı acıqlı olduğunu da bildirib:

"Yavaş tempdən bir qədər acıqlıyam. Kommersiya kreditorları hələ də ən kasıb ölkələrdən ödənişlər alırlar və ümumiyyətlə, daha sürətli hərəkət etmək lazımdır".

Dünya Bankı Beynəlxalq Valyuta Fondu (BVF) ilə birgə kasıb ölkələrin bu ilin sonuna qədər G20 üzvlərinə borclarının qaytarılması ilə bağlı bir sxem üzərində işləyib. Bu sxem kreditlərin ödənməsi üçün borc istəməyə imkan verir.

Eyni zamanda JP Morgan bankının icraçı direktoru Jamie Dimon koronavirus pandemiyasının ədalətli cəmiyyət qurmaq üçün "oyanış çağırışı" kimi xidmət etməli olduğunu deyib.

"Ümid edirəm ki, bu böhrandan kəskin dərəcədə daha çox insan üçün, xüsusən çox uzun müddət geridə qalanlar üçün fürsət yaradan və davam etdirən iqtisadiyyatı yenidən qurmaq üçün katalizator olaraq istifadə edərik", Jamie Dimon çərşənbə axşamı günü deyib.

Mənbə: BBC.aze
FaceBook Twitter Google
დაიცავი დისტანცია