Marneulili uşaqlar Uşaqların Müdafiəsi Günü münasibəti ilə onlayn şəkildə təbrik ediləcək
1 iyun Uşaqların Müdafiəsi Günüdür. Marneuli bələdiyyəsində bu gün fərqli mühitdə – virtual şəkildə qeyd olunacaq.
Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili bizimlə söhbəti zamanı bildirdi ki, onların təşkilatçılığı ilə bu gün saat 15:00-da uşaqlar üçün əyləncəli tədbirlər keçiriləcək. Tədbirləri Mədəniyyət Evinin “Facebook” səhifəsindən canlı izləmək mümkün olacaq.

“Məhdudiyyətlərdən irəli gələrək açıq tədbirlər planlaşdırılmır, amma bizim “Facebook” səhifəmizdə xüsusi olaraq Marneulili uşaqlar üçün hazırlanmış, maraqlı personajlarla yazılmış video yayımlanacaq”, – Nato Şavişvili deyib.

Qeyd edək ki, Marneulidə Uşaqların Müdafiəsi Günü hər il genişmiqyaslı tədbirlərlə qeyd olunur. 1950-ci ilin 1 iyunundan sonra bu gün dünya miqyasında bir çox ölkədə qeyd olunmağa başlayıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününün məqsədi dövlətlərə hər bir uşağın firavanlığını təmin etmə öhdəliyini xatırlatmaqdır. 1 iyun uşaqları həyat və sağlamlıq, əlçatan təhsil və müvafiq həyat şəraitlərindən yararlanmaq hüququnun həyata keçirilməsini nəzərdə tutur.


FaceBook Twitter Google
დაიცავი დისტანცია