Batumidə yaralama faktına görə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları 1994-cü ildə anadan olmuş R.İ.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə Batumidə saxlayıblar.

Nazirlikdən verilən məlumata görə, törədilmiş cinayətə görə 15 ilədək azadlqıdan məhrumetmə cəzası nəzərdə tutulur.

“İstintaq nəticəsində məlum oldu ki, müttəhim Batumidə, gecə saatlarında qarşılıqlı mübahisə zəminində bacısının keçmiş həyat yoldaşı – 1994-cü ildə anadan olmuş M.V.-ya soyuq silahla xəsarət yetirib. Yaralı şəxs tibbi müəssisəyə çatdırılıb. Onun vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Polis işçiləri müttəhimi tezliklə, isti izlərlə saxlayıblar.

Polis cinayətdə istifadə olunmuş silahı – bıçağı maddi-dəlil olaraq müsadirə edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməyə cəhdi nəzərdə tutur”,
– nazirlikdən verilən məlumatda bildirilir.

Mənbə: Birinci Kanal
FaceBook Twitter Google
დაიცავი დისტანცია