Gürcüstanda koronavirusdan daha bir nəfər vəfat etdi

Gürcüstanda koronavirusdan daha bir ölüm halı qeydə alındı.
Bu barədə məlumatı Respublika Xəstəxanasından təsdiq ediblər.
Respublika Xəstəxanasının direktoru Levan Qopodzenin dediyinə görə, Muşevani (Dəllər) kəndindən olan 75 yaşlı kişi vəfat edib. Onun sözlərinə görə, xəstənin vəziyyəti ağır qiymətləndirilib və onun başqa xəstəlikləri də var imiş.
Bu, Gürcüstanda koronavirus səbəbindən ölümlə nəticələnən 13-cü haldır.
Məlumat üçün bildirək ki, hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında olan son məlumatlara görə, ölkədə təsdiqlənmiş koronavirus hallarının sayı 796-dır. Onlardan indiyə kimi 634 nəfər sağalıb.
Mənbə: İnterPressNews
FaceBook Twitter Google
დაიცავი დისტანცია