Gürcüstanda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb, sağalanların sayı isə daha 2 nəfər artıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 2 nəfər artaraq 953 nəfər olub.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış stopcov.ge veb saytında yerləşdirilib.

Sağalanların sayı isə daha 2 nəfər artaraq 830-a çatıb. Hazırda karantin rejimində 3903, stasionar nəzarət altında isə 202 nəfər var. Ölkədə koronavirus səbəbindən bu günə kimi 15 nəfər həyatını itirib.

Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı müalicə məqsədilə xaricdən ölkəyə gətirilib.


FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია