Üzgüçülük hovuzları və idman zalları açılır

Gürcüstan hökumətinin məlumatına görə, tətbiq olunan tənzimləmələri qane edən üzgüçülük hovuzları və idman zalları açılacaq.


Hökumətin məlumatına əsasən bu gün, 6 iyul tarixində Əmək Müfəttişliyi Departamenti hovuz və idman zalları üçün tətbiq edilmiş tənzimləmələri yayımlayacaq və sabahdan yoxlanalara başlayacaqlar.

“Üzgüçülük hovuzları və idman zalları Əmək Müfəttişliyi Departamentinin yoxlamasından sonra açılacaq. Bu barədə Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası bugünkü iclasda qərar qəbul edib. Yoxlamadan uğurla keçən üzgüçülük hovuzları və idman zalları təcili surətdə fəaliyyətini bərpa edəcək”, – hökumətdən bildiriblər.

Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka Peradzenin bildirdiyinə görə, idman zallarında hər 6 kv. metrə bir nəfər buraxılacaq. Duşların arasında baryer, şkaflar aralı, dəsmallar isə birdəfəlik bağlamada olmalıdır. Bundan əlavə hökumət qrup şəklində idmanlara limit qoyur. Qrupda ən çox 10 nəfər olmalıdır.

“Havalandırmanın çox böyük əhəmiyyəti var. Təbii havalandırma lap yaxşı olardı. Süni havalandırma olan zaman aşağı sürətdə qurulmalıdır. Bu baxımdan müvafiq protokol və qayda tətbiq olunacaq. Təmizləmədən sonra (məkan) iki tərəfli külək prinsipi ilə havalandırılmalıdır”, – Peradze deyib.

Beka Peradze bildirib ki, hovuzlarla bağlı suyun kolibakteriyalara görə laboratoriya analizi lazım olacaq. Şezlonqlar üçün yumşaq materialdan istifadə etmək qadağandır. Belə ki, hər istifadədən sonra şezlonqlar dezinfeksiya olunmalıdır.

 

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია