Xaişidə yerləşən meşə massivində baş verən yanğınsöndürmə işlərinə 110 yanğınsöndürən, 2 helikopter və 7 ədəd xilasetmə texnikası cəlb olunub

Mestia Bələdiyyəsinin Xaişi kəndi yaxınlığındakı meşə massivində xilasetmə işləri davam edir.


Fövqəladə Hallar İdarəsinin İnterpressNews-a verdiyi məlumata görə, yanğının söndürülməsi prosesində ümumilikdə 110 yanğınsöndürən və 7 ədəd yanğınsöndürmə texnikası iştirak edir.

Onların verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin 2 helikopteri ərazidə işlərini davam etdirir.

“Kəskin isti və relyef yanğınsöndürmə işlərini çətinləşdirir. Buna görə də hadisə yerinə əlavə qüvvələr səfərbər edildi. Müxtəlif bölgələrdən olan 80 yanğınsöndürən-xilasedicilər hal-hazırda Svanetidədirlər. Həmçinin, əlavə 5 yanğınsöndürmə maşını və 2 - 10 ton ağac daşıyan maşın hadisə yerində işləyir. Prosesə ümumilikdə 110 yanğınsöndürən maşın və 7 ədəd yanğınsöndürmə texnikası cəlb olunub.”


Agentliyin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin iki helikopteri ərazidə işlərini davam etdirir.

Xaişi kəndi yaxınlığındakı meşədə yanğın iyulun 5-də baş verib.

 

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია