“Qarabağ bizimdir” – Bakıda müharibəyə çağırış şüarları ilə yürüş keçirilib

İyulun 14-ü axşam Bakıda Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.


Prezident Administrasiyası yanından başlayan yürüş zamanı bir neçə min gənc əllərində Azərbaycan bayraqları tutaraq: "Baş Komandan, səfərbərlik elan et", "İrəli, əsgər!", "Qarabağ bizimdir" və s. kimi şüarlar səsləndiriblər.

Mətbuatda yayılan məlumatlara görə, icazəsiz yürüş zamanı etirazçıları yürüşə müdaxilə etməyən polis qrupları izləyib.

Ermənistan və Azərbaycanın yaydığı son rəsmi məlumatlara görə, yenidən başlayan münaqişə hər iki tərəfdən ən azı 16 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, qarşıdurma 12 iyul bazar günü yenidən başlayıb.

Azərbaycana tərəfinin verdiyi məlumata görə, vəziyyətin gərginləşməsi səbəbindən bu günə qədər 11 əsgər və bir mülki şəxs dünyasını dəyişib, Ermənistan tərəfi isə 4 əsgərinin öldüyünü bildirir.

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir-birini mütəmadi olaraq atəşkəs sazişini pozmaqda ittiham edirlər. Bu dəfə Qarabağdan çox uzaqda yerləşən Ermənistan-Azərbaycan sərhəddində, Tavuş/Tovuz əyalətində nisbətən geniş miqyaslı qarşıdurma gedir.


Vəziyyətin gərginləşməsindən bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı danışıqlardan mümkün çıxmaqla hədələdi və bununla da "münaqişənin hərbi yolla həlli yoxdur" fikrini rədd etdi – bu mövqeyi Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez səsləndirir.

Cənubi Qafqazın iki ölkəsi arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Qeyd edək ki, tərəflər 1994-cü ildə atəşkəs imzalayıblar, lakin beynəlxalq təşkilatların himayəsi ilə iki ölkə arasında aparılan danışıqlar hələ də uğursuz hesab olunur. Hər iki tərəf daim bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

Mənbə: Netgazeti

 

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია