Gürcüstan koronavirusa yoluxma faizinə görə dünya ölkələri sırasında 9-cu yerdədir
Gürcüstan koronavirusa yoluxma faizinə görə dünya ölkələri sırasında 9-cu yerdədir.

Bu barədə “The New York Times” dünyada əhalinin hər 100 min nəfərinə düşən yoluxma sayı ilə bağlı ölkələr arasında aparılan araşdırmaların nəticələri əsasında məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən həftə ərzində Gürcüstanda orta yoluxma 2496 nəfər təşkil edib. Bu da əhalinin hər 100 min nəfərinə 67 yoluxma deməkdir.

Gürcüstanda son iki həftə ərzində yoluxma halı 102 faiz artıb.

Bundan əvvəl isə Gürcüstan 17-ci yerdə olub.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 2 654 yeni yoluxma faktı təsdiqlənib, 33 nəfər vəfat edib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 422 188-ə, ölənlərin sayı isə 5 853-ə çatıb. Koronavirusa yoluxan 384 712-i nəfər isə sağalıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია