Türkiyədə meşə yanğınlarının sayı 5-ə enib
Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.

Bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitterdəki hesabında bildirib.

O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.

"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - deyə nazir sosial şəbəkədəki hesabına yazıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია