Gürcüstanın Kiyevdəki səfirliyinin avtomobili yandırılıb
Naməlum şəxslər Gürcüstanın Kiyevdəki səfirliyinin xidməti avtomobilini yandırıblar.

Bu barədə  xarici mətbuat xəbər verir.

Qeyd edilir ki, hadisə avqustun 1-ə keçən gecə qeydə alınıb.

"Avqustun 1-də, gecə Kiyevdə naməlum şəxslər Gürcüstanın Ukraynadakı səfirliyinin xidməti avtomobilini yandırıblar. Hadisə paytaxtın Peçersk rayonunda çoxmərtəbəli yaşayış binasının yaxınlığında baş verib. Alov yanğının başlamasından 15 dəqiqə sonra söndürülüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə qismən ziyan dəyib"
,- xəbərdə deyilir.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია