Polis 5 nəfəri saxlayıb
Tbilisi Polis İdarəsinin Vake-Saburtalo və Köhnə Tbilisi Baş Bölmələrinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz alınması, saxlanması, daşınması və satışı ilə bağlı müxtəlif ittihamlarla 5 nəfəri Tbilisidə saxlayıblar.

Törədilmiş cinayətə görə 3 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü E.Q. Tbilisidə saxlanılıb. Şəxsi axtarış zamanı polis sübut olaraq odlu silah, döyüş sursatı və 10 patron götürüb.

Həmçinin odlu silah alaraq adını qeyd edən, sonra silahın şəxsiyyət nömrəsini cıraraq qanunsuz olaraq müxtəlif şəxslərə satan 1982-ci il təvəllüdlü D.D-nın mənzilinə baxış keçirilərkən, polis 8 müxtəlif növ odlu silah, 3 ov tüfəngi, 8 avtomat, 5636 müxtəlif çaplı patron və adına yazılmış 72 silah qeydiyyat şəhadətnaməsi götürüb.
Hüquq-mühafizə orqanları qanunsuz odlu silah əldə etmə və saxlama ittihamı ilə daha bir nəfəri həbs edib. Saxlanılan 1978 -ci il təvəllüdlü D.B -nin mənzilində aparılan axtarış nəticəsində ov tüfəngi, "Abrez", "Browning" tipli tapança, 9 ədəd patron sübut kimi götürülüb.

1992-ci ol təvəllüdlü keçmişdə məhkum edilmiş N.D. və
1981-ci il təvəllüdlü Q.J. odlu silah və sursatın qanunsuz alınması, saxlanması və gəzdirilməsində ittiham olunur.
Saxlanılan şəxlərə baxış keçirilərkən polislər: "Makarov" sistemli tapança, "A.T.C MOD 5" sistemli odlu silah, 2 ədəd tapança və 5 ədəd patron ələ keçirib.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3, 4 və 5 -ci hissələri ilə istintaq aparılır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია