Xəbərlər
Aksizli məhsulun aksiz markasından kənar saxlanılması-daşınması ilə bağlı altı fakt aşkarlanıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin nümayəndələri ilə birgə aparılan tədbirlər nəticəsində markerləşdirməyə tabe olan xüsusi böyük miqdarda aksiz məhsulunun aksiz markasından kənar saxlanılması-daşınması faktını aşkar ediblər.

İstintaq nəticəsində Tbilisi şəhərində və Kvemo Kartli regionunda cinayətdə müzakirə olunan şəxslərdən elektrik siqareti İQOS-a aid olan “HEETS” şirkətinin 6732 qutu aksizsiz tütün istehsalı aşkarlanıb.

Aşkarlanan aksizsiz məhsulun ümumi bazar dəyəri 37 000 laridən artıqdır.

İstintaq Gürcüstan CM-nin 200-cü maddəsinin birinci, ikinci və üçüncü hissələri ilə aparılır. Maddə cəza olaraq 6-dan 8 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

FaceBook Twitter Google