Xəbərlər
Giorgi Qaxariya - hamımız dayanmalıyıq, sakitləşməliyik, sonra müəyyənləşdirməliyik harada səhv etdik və kim səhv etdi (VİDEO)
Daşların atlması çıxış yolu deyil, – bu barədə Daxili İşlər naziri Giorgi Qaxariya Pankisidə, aksiya iştirakçıları ilə görüşdən sonra bəyan etdi.

Qaxariyanın qeyd etdiyinə görə, indi önəmlidir ki, hamı sakitləşsin, yalan-doğru isə, sonra müəyyənləşdiriləcək.

SES-in tikintisinə gəldikdə, onun dediyinə, inşaatçılar yerlilərlə söhbəti davam etdirəcəklər.

Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər.

Görüşdən öncə Daxili İşlər naziri Giorgi Qaxariya hadisə ilə bağlı vəziyyətlə yerindəcək tanış oldu. Daxili İşlər Nazirinin dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali tərəfindən daşların atılmasından sonra baş verdi. Nazirin sözlərinə görə, bu yolverilməzdir və reaksiya sərt olacaq.

Qarşıdurma nəticəsində bir neçə insan xəsarət aldı.

Mənbə: Birinci Kanal

FaceBook Twitter Google
დაიცავი დისტანცია