Ukraynanın Səhiyyə naziri Zarina Skaletska həmrəylik əlaməti olaraq Çindən gətirilmiş Ukrayna vətəndaşları ilə birgə qarantindən keçəcək
Ukraynanın Səhiyyə naziri Zarina Skaletskanın sözlərinə görə, həmrəylik əlaməti olaraq o, Çindən gətirilmiş Ukrayna vətəndaşları ilə birgə qarantindən keçəcək.

“Qərar verdim ki, müşahidə altında olan şəxslərə qoşulum. Mən növbəti 14 günü onlarla birgə, həmin ərazidə və həmin şəraitdə keçirəcəm”, –
Nazir bildirib.

Zarina Skaletskanın sözlərinə görə, onun orada olması Novoe-Sanjari şəhərinə gətirilənlərə etiraz edən yerli əhalini sakitləşdirəcək.

“Bu gün baş verənlər, təşviş və sıfır tolerantlıq, nihilism və aqressiya – bunlar hamısı mənə çox pis təsir etdi. Çindən gətirilən adamlar daha da gərgindirlər. Mən xahiş edirəm onlara təşəkkür edin ki, bizim hamımızın təhlükəsizliyi üçün onlar təcridxanada qalmağa razılaşdılar”, – Nazir bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google