Azərbaycanda baş verən yol-nəqliyyat hadisəsi zamnaı Gürcüstan vətəndaşı dünyasını dəyişib (VİDEO/FOTO)
Azərbaycanın Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, yol qəzasında bir nəfər Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli həyatını itirib, 4 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıb.

Xəsarət alanlar Bakı sakinləri sürücü Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyeva xəsarət alıblar.

Məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını (TIR) toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Gürcüstan vətəndaşını Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google