Rustavidə intihara cəhd halı qeydə alınıb. VII-ci mikrorayonda 80
yaşlı kişi özünü öldürməyə cəhd göstərib.
Hadisə yerinə təcili yardım xidməti və patrul polis ekipajları
səfərbər edilib. Kişi “Rustavi klinikasına” yerləşdirilib və ona
müvafiq tibbi yardım göstərilib. Mövcud məlumata görə, onun üçün
həyati təhlükə yoxdur.