Filippin prezidenti karantin qaydalarını pozan şəxslərin güllələnməsinə icazə verdi
Filippin prezidenti Rodriqo Dutertem polis və əsgərlərə karantin qaydalarını pozanların hüquq mühafizəçilərinin tələblərinə əməl etmədikləri və onların həyatı üçün təhlükə yaratdıqları təqdirdə güllələməyə icazə verib.

“Polis və hərbçilər üçün sərəncam: əgər onlar tələblərə əməl etməzlərsə, sizə müqavimət göstərərlərsə və sizin həyatınız üçün təhlükə yaradarlarsa, onları güllələyin! Xaos səbəb olacaqlarından ölmələri daha yaxşıdır
”, – Filippin prezidenti telemüraciəti zamanı deyib.

Son məlumatlara görə, Filippində yeni koronavirusdan 96 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı 2 311 nəfərə çatıb, 50 nəfər isə sağalıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google