Filippin prezidenti Rodriqo Dutertem polis və əsgərlərə karantin
qaydalarını pozanların hüquq mühafizəçilərinin tələblərinə əməl
etmədikləri və onların həyatı üçün təhlükə yaratdıqları təqdirdə
güllələməyə icazə verib.
“Polis və hərbçilər üçün sərəncam: əgər onlar tələblərə əməl
etməzlərsə, sizə müqavimət göstərərlərsə və sizin həyatınız üçün
təhlükə yaradarlarsa, onları güllələyin! Xaos səbəb olacaqlarından
ölmələri daha yaxşıdır”, – Filippin prezidenti
telemüraciəti zamanı deyib.
Son məlumatlara görə, Filippində yeni koronavirusdan 96 nəfər
dünyasını dəyişib. Virusa yoluxanların sayı 2 311 nəfərə çatıb, 50
nəfər isə sağalıb.