Dünyasını dəyişən qadında çox sayda xroniki xəstəliklər var idi, onlarla yanaşı koronavirusdan dünyasını dəyişib – Turdeladze

Tbilisi Dövlət Tibb Universitetinin Birinci Univeristet Klinikasının kliniki direktoru Lali Turdzeladze 31 mart tarixində TV Pirvelinin efirində dünyasını dəyişən qadının vəziyyətindən danışıb.

Onun sözlərinə görə qadının koronavirusla yanaşı başqa ağır xəstəlikləri də var imiş.

“Bu xəstə 31 mart tarixində Marneulinin “Geo Hospitals” klinikasında ağır vəziyyətdə gətiriblər, vəziyyəti kritik idi və qəbul olunan kimi sünii nəfəs aparatına qoşuldu. Spontan pnevmotoraks, kəskin nəfəs çatışmamazlığı var idi.

Xəstədə çox sayda xroniki xəstəliklər, ürək əzələlərində ciddi xəstəlik, sepsis, septik şok halı var idi və sonra ürək-damar çatışmamazlığı baş vermişdi. Xəstə bunlarla yanaşı koronavirusdan dünyasını dəyişib.

Qeyd olunan xəstədə kaxeksia qeydə alınmışdı.

O, 6-7 ay ərzində çox çəki itiribmiş, bizə gətiriləndə xəstə çox arıq idi, onun çəkisi yəqin ki, 10-15 kq-dan artıq olmazdı. Həmin xəstə belə ağır vəziyyətdə idi və bu günə qədər biz onun ömrünü uzada bildik. Bu gün səhər təəssüf ki, dünyasını dəyişdi”,
- Turdzeladze bildirib.

79 yaşlı qadın Universitet klinikasına 31 mart tarixində aparılıb. Dünyasını dəyişən Marneuli-Bolnisi klasterindən olub. 79 yaşlı qadın Kvemo Bolnisidən (Kəpənəkçi kəndi) idi.

Gürcüstanda koronavirusa yoluxanların sayı 162 nəfərə çatıb. Bu haqda hökumətin yaratdığı stopcov.ge veb səhifəsində məlumat yerləşdirilib.

5067 nəfər karantin rejimindədir, 330 nəfər isə stasionar müşahidə altındadır. 1 nəfər dünyasını dəyişib. 162 nəfərdən 36 nəfər sağalıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები