Gürcüstanda koronavirusdan daha bir nəfər dünyasını dəyişdi
Gürcüstanda koronavirusdan daha bir nəfər dünyasını dəyişdi. Bu barədə məlumatı Bir Saylı Universitet Klinikasının direktoru Levan Ratiani verib.

Onun sözlərinə görə dünyasını dəyişən 81 yaşlı qadındır. Onun müxtəlif ağır xəstəlikləri də olub.

Bu vaxta olan məlumata görə ölkədə koronavirusa yoluxanların sayı 170 nəfərə çatıb ki, bunlardan da 36 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google