Levan Ratianinin sözlərinə görə, Marneulidən aparılmış 62 yaşlı
qadının koronavirusa görə ilkin analizinin cavabı mənfidir
Tbilisi Universitet Klinikasına Marneulidən ggətirilmiş qadının
koronavirusa görə ilkin analizinin cavabı mənfidir, – bu barədə
Gürcüstanın Birinci Kanalının efirində klinikanın direktoru Levan
Ratiani deyib.
Ratianinin bildirdiyinə görə, sabah təkrar analiz götürüləcək və
qadın klinikanı bir neçə günə sağalmış halda tərk edəcək.
“Bizim Marneuli-Bolnisi zonasından olan qadın
pasiyentimiz var idi. Klinikamıza gətirilərkən vəziyyəti kritik
ağır idi. Qadın süni tənəffüs aparatından bir neçə gün əvvəl
çıxarılıb. Bu gün 14 gün keçdi və demək istəyirəm ki, koronavirusa
görə ilkin analizin cavabı mənfi çıxdı. Sabah təkrar analiz
götürüləcək və qadın klinikanı bir neçə günə koronavirussuz tərk
edəcək”, – Ratiani deyib.