Marneuli bazarı tamamilə bağlanıb. Bu barədə məlumatı “Marneuli”
radiosuna meriyadan da təsdiqləyiblər və bildiriblər ki, qərarı
koronavirusun yayılmasının qarşısının alınması məqsədilə veriblər.
Marneuli bazarı iki hissədən ibarətdir. Arxa bazar adlandırılan
bazarın direktoru Elquca Xarşiladze bildirdi ki, onların ərazisi
bazar günü möhürlənib, lakin satıcılar məhsullarını bazarın çölündə
satmağa davam edirdilər.
“
Bazar günü bağladıq, sonra gördük ki, xalq küçədə durur və
heç bir qaydaya riayət etmir, bazar günü yenidən açdıq, daha sonra
yenə bağladıq”, – Bazarın direktoru dedi və qeyd etdi ki,
bazarın arxa ərazisi bu gün, 6 aprel tarixində tamamilə bağlanıb.
Qabaq hissədəki bazar isə bir neçə gündür ki, bağlıdır.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixikndə ciddi
rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə
bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma
mənbəyinin müəyyən olunmamasına görə verib.