Marneuli Bələdiyyə Məclisindən 52 nəfər maaşının 1/3 hissəsini StopCov fonduna köçürəcək
Marneuli Bələdiyyə Məclisinin üzvləri və digər əməkdaşları üç ay ərzində maaşlarının 1/3 hissəsini StopCov fonduna köçürəcəklər. Bu barədə bu gün, 6 aprel tarixində keçirilən iclasda Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani məlumat verib.

“Biz də “Gürcü Arzusu” partiyasının həmrəylik təşəbbüsünə qoşuluruq. Marneuli Bələdiyyə Məclisinin sədri, sədr müavini, beş komissiyanın sədri, üç fraksiyanın sədri, beş nəfər fraksiya sədrlərinin müavinləri və Bələdiyyə Məclisi aparatının 37 əməkdaşı növbəti üç ay ərzində maaşlarının 1/3 hissəsini epidemiya ilə mübarizə fonduna köçürəcəklər. Bu təşəbbüs üçün hər kəsə təəşəkkür edirəm”, – Mamuka Naveriani dedi.

Marneuli Bələdiyyə Məclisindən StopCov fonduna hər ay 11 000 lari köçürüləcək.

Qeyd edək ki, Marneuli meri Zaur Darğallı da maaşının 1/3 hissəsin StopCov fonduna köçürəcək.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixikndə ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google