Təkəlidə 9 aprel tarixində onlayn dərslər keçirilmir
1989-ci ilin aprel ayının 9-u Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı xalq üsyanı baş verdi.
9 Aprel tarixi Gürcüstanda Milli birlik günü kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.

Təhsil müəssisələri distant rejimə keçməzdən əvvəl 9 aprel tarixində dərs olmurdu və şagirdlər istirahət edirdi. Təkəli ictimai məktəbi bu gün onlayn dərs keçmir, çünki 9 apreldir. Şagirdlərin fikrinə görə, dərslər onlayn yolla keçilsə belə, 9 apreldə 1 günlük tətil ləğv olunmamalıdır.

Təkəli ictimai məktəbinin 12-ci sinif şagirdi Ruqiyyə Həşimovanın sözlərinə görə, onlar dərs qrupunda müəllimə müraciət ediblər ki, 9 aprel onlayn dərs keçirilməsin.

“Müəllimə müraciət etdiyimiz zaman bizi anlayışla qarşıladı və təqdirə layiq gördü”,
– Həşimova dedi.

Təkəli məktəbinin şagirdləri hər ilki kimi istirahət gününü yenə də qeyd etdilər.
Müəllif: Cəsur Hacıyev
Print ელ. ფოსტა
FaceBook Twitter Google