Dmanisi, Zalqa və Kazret-Baliçidə yaşayan 16 000 ailə
Parlamentin majoritar deputatı Kaxa Okriaşvili və Dmanisi, Zalqa və
Bolnisi bələdiyyə merlərinin birgə səyi ilə 500 000 lari ərzaq
yardımı alacaqlar. Bu haqda məlumatı “Interpressnews”-a deputatın
mətbuat xidməti verib.
Verilən məlumata görə,
Kaxa
Okriaşvili yarım milyon larilik humanitar yardım
çərçivəsində
şəxsi vəsaiti
ilə hərrac yoluyla ümumilikdə 32 000 litr yağ, 48 000 kq
makaron, 32 000 kq düyü, 32 000 kq qarabaşaq və 32 000 kq qənd
alıb. Müvafiq olaraq, qablaşıdırlmış ərzaqlar 16 000 ailəyə tam və
bərabər şəkildə bölünəcək. Hər ailəyə iki litr yağ, 3 kq makaron,
hər biri 2 kq olmaqla düyü, qarabaşaq və qənd veriləcək.
“Təmmanasız aksiya, sosial vəziyyəti aşağı olan bütün ailələrə
aiddir, 27 aprel tarixindən Dmanisi, 29 aprel tarixindən isə
Zalqada da fəal şəkildə yardım edilməyə başlanılacaq. Aksiya
keçirməklə Kaxa Okriaşvili ölkədə fövqəladə vəziyyətdə və karantin
rejimində olan 16 000 ailəyə dəstəyinin göstərir və ümid edir ki,
yardım az da olsa, vətəndaşların iqtisadi vəziyyətini
yüngülləşdiricək", – deyə deputatın mətbuat xidməti
bəyan edib.