Dmanisi-Zalqanın majoritar deputatı Kaxa Okriaşvili 16 000 ailəyə yarım milyon lari ərzaq yardımı edib

Dmanisi, Zalqa və Kazret-Baliçidə yaşayan 16 000 ailə Parlamentin majoritar deputatı Kaxa Okriaşvili və Dmanisi, Zalqa və Bolnisi bələdiyyə merlərinin birgə səyi ilə 500 000 lari ərzaq yardımı alacaqlar. Bu haqda məlumatı “Interpressnews”-a deputatın mətbuat xidməti verib.



Verilən məlumata görə, Kaxa Okriaşvili yarım milyon larilik humanitar yardım çərçivəsində şəxsi vəsaiti ilə hərrac yoluyla ümumilikdə 32 000 litr yağ, 48 000 kq makaron, 32 000 kq düyü, 32 000 kq qarabaşaq və 32 000 kq qənd alıb. Müvafiq olaraq, qablaşıdırlmış ərzaqlar 16 000 ailəyə tam və bərabər şəkildə bölünəcək. Hər ailəyə iki litr yağ, 3 kq makaron, hər biri 2 kq olmaqla düyü, qarabaşaq və qənd veriləcək.

“Təmmanasız aksiya, sosial vəziyyəti aşağı olan bütün ailələrə aiddir, 27 aprel tarixindən Dmanisi, 29 aprel tarixindən isə Zalqada da fəal şəkildə yardım edilməyə başlanılacaq. Aksiya keçirməklə Kaxa Okriaşvili ölkədə fövqəladə vəziyyətdə və karantin rejimində olan 16 000 ailəyə dəstəyinin göstərir və ümid edir ki, yardım az da olsa, vətəndaşların iqtisadi vəziyyətini yüngülləşdiricək",
– deyə deputatın mətbuat xidməti bəyan edib.

Mənbə: İnterPressNews



 

Print