Gürcüstanda yanvarın 30-dan iyunun 3-dək koronavirusa görə 60 273 PCR testi keçirilib

Gürcüstanda, yanvarın 30-dan iyunun 3-dək, PGR/ RT-PCR vasitəsilə 60 273 yoluxma halının ilkin nümunəsi yoxlanılıb. Bu haqda Gürcüstan hökumətinin COVID-19 əleyhinə həyata keçirilən tədbirlər haqqında hesabatında deyilir.



Bunlardan 800 təsdiqlənmiş hal var ki, onlardan da 147-si aktiv, 640-ı sağalmış, 13-ü isə vəfat etmiş pasiyentlərə aiddir, ölüm nisbəti isə 1,63% -dir.

Hesabata görə, Gürcüstanda COVID-19-un çoxalma nisbəti hazırda 1-dən azdır, bu da ötürülmə intensivliyinin azaldığını göstərir.

"COVID-19-un dünyada geniş yayıldığı ilk günlərdən Gürcüstan hökuməti iki istiqamətdə - vətəndaşların sağlamlığını və həyatlarını, həmçinin ölkə iqtisadiyyatını xilas etmək üçün mübarizəyə başladı. Buna görə də hökumətin atdığı bütün addımlar ilk növbədə dövlətin insan sağlamlığı və həyatının, həmçinin ölkə iqtisadiyyatının xilas olması ilə bağlı öhdəliyi yerinə yetirməsindən irəli gəlir. Bu gün mövcud olan biliyə və bu sahənin mütəxəssislərinin fikrincə, virusa “ikinci dalğa” adlanan hücum təhlükəsi yüksəkdir.

Bu infeksiya dalğalı gedişatla müşahidə olunur. Daha dəqiq desək, dövrü olaraq yoluxma hallarının artması, sonra təkrarən azalması baş verir və bu faktı digər ölkələrin timsalında görürük.

Bu gün Gürcüstan hökuməti üçün qarşıda duran ən vacib vəzifə virusun yayılmasının qarşısını almaqda müsbət nəticəni qorumaqdır ki, ölkədə virusun yayılmasına qoyulan məhdudiyyətlərin qaldırılması ikinci dalğanın yaranmasına səbəb olmasın. Bu proses zamanı ictimaiyyətin tövsiyələrə əməl etməsi və qaydaları xüsusi olaraq diqqətlə qoruması kritik əhəmiyyət daşıyacaq”,
– deyə hesabatda qeyd olunub.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google