Marneuli bağlı qaldığı müddət ərzində bələdiyyədə 154 oğlan və 110 qız dünyaya gəlib
Marneuli bələdiyyəsi 56 gün ərzində sərt karantin rejimində qalıb.
22 mart tarixindən 18 may tarixinə qədər olan dövrdə bələdiyyəyə giriş-çıxış qadağan idi. Şəhərin çıxışlarında 12 buraxlış məntəqəsi yaradılmışdı.

56 gün bağlı qaldığı müddətdə bələdiyyədə 264 uşaq dünyaya gəlib.

Marneulinin “Aversi” klinikasının doğum evində Marneuli bağlı olduğu müddət ərzində 143 uşaq dünyaya gəlib. Onun 85-i oğlan 58 isə qızdır.

“Geo Hospitalsın” doğum şöbəsində isə 22 martdan 18 may tarixinə qədər 121 uşaq dünyaya gəlib. Onun 69-u oğlan 52 isə qızdır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google