Müqəddəs Ata Şio David Qareci məsələsi haqqında danışdı - Ümid edirik ki, Azərbaycanla qardaşlığımız qorunacaq və eyni zamanda həqiqət aşkar olacaq

Ümid edirik ki, Azərbaycanla olan qardaşlığımız qorunub saxlanılacaq və eyni zamanda həqiqət aşkar olacaq - Patriarxın müavini Müqəddəs Ata Şio David Qareci məsələsi barədə danışarkən jurnalistlərə bildirib.


Onun sözlərinə görə, sərhədlərin müəyyən edilməsi üçün ikitərəfli komissiya işləyir.

“İkitərəfli, yeni bir komissiya işləyir. Ümid edirik ki, bu komissiya əvvəlkindən daha prinsipial olacaq və həqiqətlər də aşkara çıxacaq ... Demək istəyirəm ki, Azərbaycanla olan qardaşlığımızın qorunub saxlanılacağına və eyni zamanda bu həqiqətin də aşkara çıxacağına ümid edirik, həmçinin inanırıq ki, komissiya xeyirxahlıqla işləyəcək”, - deyə Müqəddəs Ata Şio bildirib.

Müqəddəs Ata Şio bu gün Qarecoba ilə əlaqədar Davit Qareci monastır kompleksini ziyarət edib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google