Marneulili mülki fəal Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb
Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova Dövlət Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb.

Bayramovanın bəyanatına görə, ifadə verməsi DTX tərəfindən irqçiliklə bağlı ayrı-seçkilik faktına görə başlanılmış istintaqla bağlı olub.

“Bazar ertəsi məni şahid qismində çağırdılar və dünən, 3 iyun tarixində ifadə verməyə getmişdim. Axşam saat 8-də getmişdim və mənim ifadə verməyim təxminən iki saat yarım davam etdi. DTX-nin bəyanatı əsasən Marneulidə baş vermiş hadisələrlə əlaqədar idi. Amma təəssüf ki, ifadənin məzmunu və sualları haqqında danışa bilmərəm, çünki Cinayət Məcəlləsinin 104-cü maddəsinə əsasən istintaq başa çatana qədər bu məsələ haqda danışmaq qadağandır”, – Samirə Bayramova deyib.

Bayramova düşünür ki, DTX istintaqa gec başlayıb, çünki onların bəyanatı 30 may tarixində yayımlanıb. Marneulidə isə Nəriman Nərimanov məsələsi ilə bağlı proses bir həftə əvvəl başlayıb.

“Əlbəttə istintaqa Marneulidə mövcud olan vəziyyət və Yepiskopun bu məsələ ilə bağlı diskriminasiyalı çıxışı əsas olub. Nə yerli özünüidarə, nə də dövlətin bu məsələ ilə bağlı bəyanat verməməsi yaxşı hal deyil. Nərimanov məsələsi mənim qərar verəcəyim mövzu deyil. Mən bildiyimə görə, yerli özünüidarə hələ 3 il əvvəl bu mövzu ilə bağlı işçi qrupu yaratmalı idi, amma bu günə qədər heç nə yoxdur”, – Samirə Bayramova deyib.

Marneulili mülki fəal və hüquq müdafiəçisi bildirir ki, istintaq başa çatdıqdan sonra onun dindirilməsi və istintaqın aparılması haqqında mütləq müsahibə verəcək.

TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə çağırılması planlaşdırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google