Ermənistan mətbuatının verdiyi məlumata görə, son bir gündə
Ermənistanda koronavirusa 771 yoluxma halı aşkarlanıb və
yoluxanların ümumi sayı 22 488-ə çatıb.
Məlumatda bildirilir ki, ölkədə son 24 saat ərzində 11 nəfər ölüb
və bununla da ölənlərin sayı 397 nəfərə çatıb.
İyunun 25-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxan
şəxslərdən 11 335 nəfəri sağalıb.