Son 24 saat ərzində ABŞ-da rekord sayda - 52 898 koronavirus halı
təsdiqlənib ki, bu da Johns Hopkins Universitetinin verdiyi
məlumata görə, gündəlik rekord göstəricidir.
Eyni məlumatlara görə, ölkədə Covid-19 virusuna yoluxanların sayı 2
682 270 nəfərə çatıb.
Ölümlərə gəlincə, koronavirus daha 706 nəfərin ölümünə səbəb olub
ki, bununla da ölənlərin sayı 128 028-ə çatıb.
Məlumat üçün bildirək ki, ABŞ yoluxma hallarının sayına, həmçinin
virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.