Kvarelidə yol-nəqliyyatı hadisəsi nəticəsində bir nəfər ölüb.
Məlumata görə, Axalsopeli kəndində sərxoş vəziyyətdə olan "Opel"
markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçib və
evin qarşısında skamyada əyləşən vətəndaşları vurub.
Toqquşma nəticəsində orta yaşlı bir qadın yerindəcə ölüb. Bir neçə
nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya
çatdırılıblar. Həkimlər həmin şəxslərin həyatları üçün təhlükə
olmadığını bildiriblər.
Daxili İşlər Nazirliyi nəqliyyatın hərəkəti təhlükəsizliyin və ya
istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi üzrə
istintaq başladıb.