Bu gün saat 15:30 radələrində Tbilisi Marneuli yolunda yol
nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Toyota və Opel markalı iki avtomobil toqquşub. Hadisə
şahidlərinin bildirdiyinə görə, Marneuli istiqamətində hərəkət edən
Toyota markalı avtomobil idarəetməni itirib və Opel markalı
avtomobilə çırpılıb. Zərbənin təsirindən Opel markalı avtomobil
aşaraq yoldan çıxıb.
Şahidlərin bildirdiyinə görə, hadisə zamanı Opel markalı
avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə yerinə patrul polis ekipajı səfərbər olunub.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə
araşdırma aparılır.