Marneuli bələdiyyəsinin Nəzarət Xidməti təxminən yeddi ay
ərzində 56 tikintidə qanun pozuntusu faktı aşkarlayıb.
Bununla bağlı məlumatı rəsmi məktub vasitəsilə aldıq. Məktubda
yazıldığına görə, cari ilin 1 yanvarından bu günə qədər inzibati
qayda pozuntuları və tikintidə qayda pozuntuları ilə bağlı 19
icazəsiz tikinti, 37 icazə şərtlərini pozma faktı qeydə alınıb.
Ümumilikdə cərimə məbləği 56800 lari təşkil edib.
Göndərdiyimiz məktubda hər cərimənin miqdarının nə qədər olduğu
barədə məlumat tələb edirdik. Ancaq meriya Göndərdiyi cavabda
natamam məlumat verib.