Kutaisi Beynəlxalq Universiteti (KBU) ilk tələbələrini qəbul etməyə
hazırdır.
Gürcüstanın baş naziri Qiorqi Qaxaria ötən gün ali məktəbə baş
çəkib.
KBU-nun tikintisi 2016-cı ildən davam etdirilir. Universitet 153
hektar sahədə yerləşir və 60 min tələbə üçün nəzərdə tutulub. Ali
məktəbin inşasının birinci mərhələsi başa çatıb.
Layihəni “Gürcü Arzusu” partiyasının rəhbəri, milyarder Bidzina
İvanişvili maliyyələşdirir. Onun ailəsi tikinti üçün 1 milyard avro
ianə edib.
Universitet ilk tələbələrini bu ilin payızından riyaziyyat,
menecmentlik və informatika üzrə bakalavr proqramlarına qəbul
edəcək. Proqramlar Münhen Universiteti ilə birgə hazırlanıb.
Mühazirələri gürcü və xarici professorlar oxuyacaq.
Ali məktəbə tələbə qəbulu vahid milli imtahanlar əsasında həyata
keçiriləcək. Artıq 1 000-dən çox tələbə 2020-2021-ci dərs ilində
KBU-ya qəbul olunmaq üçün qeydiyyatdan keçib.
Tələbələrin təhsili, yaşaması və stipendiyaların
maliyyələşdirilməsi üçün Qrant fondu var.
Mənbə: NewsBureau