Avtomobil sahiblərinə avtomobillərinin gömrük rəsmiləşdirilməsi
üçün 2021-ci ilin martına qədər vaxt verilir.
Müvafiq tapşırığı hökumətin bugünkü iclasında baş nazir Qiorqi
Qaxaria maliyyə nazirinə verib.
Baş nazirin sözlərinə görə, gömrük rəsmiləşdirməsinə qədər olan
dövr ərzində ödənişin üzərinə faiz gəlməyəcək.
“Fakt budur ki, böhranın təsiri hələ uzun müddət davam
edəcək. Avto idxalçılar artıq bir neçə dəfə bizə müraciət ediblər.
Biz gömrük rəsmiləşdirməsini cari büdcə ili üçün artıq bir dəfə
təxirə salmışdıq, amma yəqin ki, 2021-ci ilin mart ayına qədər
təxirə salsaq daha yaxşı olar və müvafiq olaraq ödəniləsi məbləğin
üzərinə faiz də gəlməyəcək. Bu güzəşt, ölkədə olan 24 000-dən çox
avtomobilə şamil olunacaq ki, bu da ümumilikdə 30 milyon laridən
artıq vergi rüsumunun təxirə salınması deməkdir”, –
deyə Qaxaria bildirib.