Gürcüstanda uşaq bağçaları nə vaxt açılacaq?
Gürcüstanda uşaq bağçaları sentyabrın 14-dən fəaliyyət göstərməyə başlayacaq.

Bu barədə Uşaq Bağçaları Agentliyinin rəhbəri Kaxaber Qvantseladze bildirib.

O deyib ki, hazırkı epidemioloji vəziyyət nəzərə alınmaqla bağçaların açılmasının təxirə salınması planlaşdırılmır.

Agentlik rəhbərinin sözlərinə görə, bütün bağçalarda təhlükəsiz mühit təmin olunacaq.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google